Valideyn himayəsindən məhrum olan 28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçir – FOTO

Cəmiyyət

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.

Bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçib.

www.102info.az