Gəncədə soyğunçuluq edən qadın saxlanılıb

Cəmiyyət

Gəncə sakininə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də saat 12 radələrində Gəncə şəhəri Nizami prospektində şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini G.Abdullayeva saxlanılıb.

Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir