Şəmkirdə istixanada yanğın olub

Cəmiyyət

Şəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 6000 m² olan istixananın polietilendən ibarət üzlüyü 600 m² sahədə və yaxınlıqda 800 m² sahədə quru ot və kol-kos yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Spread the love