Sabah Nizami rayonu ərazisində SOCAR “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.
Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
“Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.
Müvəqqəti narahatlığa görə üzr istəyirik”,- deyə məlumatda bildirilir.
www.102info.az