Sumqayıtda yolu keçmək istəyən 13 yaşlı qızı maşın vurub öldürdü – FOTO

Cəmiyyət

Sumqayıtda yol- nəqliyyat hadisəsi baş verib. İnsident şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “Xəzər Azamand” markalı avtomobil yolu keçmək istəyən piyada 2009-cu il təvəllüdlü G.Babayevanı vurub. Qəza zamanı 13 yaşlı G.Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az