Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, hərbi komandanlıq son günlərdə əhalini daha diqqətli olmağa, həyəcan siqnallarına laqeydlik göstərməməyə çağırıb.
Həmçinin qeyd edilib ki, Ukrayna vətəndaşı olan azərbaycanlı bacı-qardaş − Amina Əmirova və Ruslan Əmirov Xerson vilayətindən çıxmaq istəyərkən, Nikolayev istiqamətində mərmi atəşinə məruz qalıblar. Onlar yanaraq həlak olublar.
www.102info.az