Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub. Onun harada olması barədə məlumatı olan şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsi, eləcə də, 3-cü Polis Şöbəsinə 055 215 21 20, 051 841 41 41, 055 306 03 02, 012 590 73 02 və 012 456 03 02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
www.102info.az