Bakıda ana və yeddi yaşlı qızı itkin düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 23-də paytaxtın A.Nemətulla küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyeva Aysel Niyazi qızı övladı, 2015-ci il təvəllüdlü Kərimova Ruxsarə Tamerlan qızı ilə birlikdə yaşadıqları evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində müvafiq yoxlama aparılır.
www.102info.az