Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin ilk görüntüləri yayımlanıb.
Oxu.Az xəbər verir ki, layihə Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən icra ediləcək.
Qeyd edək ki, layihə avqustun 24-də Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü zamanı təqdim edilib.
www.102info.az