Bu il ölkədə baş verən yanğınlarda 29 nəfər həlak olub

Cəmiyyət

“2022-ci il ərzində ölkə ərazində baş verən yanğınlarda 29 nəfər həlak olub”.

Oxu.Az-ın məlumatına görə, bunu 2022-ci ildə Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlar barədə keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

Onun sözlərinə görə, avqustun 14-dən şimal bölgəsində yanğınlar baş verib:

“Həmin zonada bütün rayonlarda yanğın başlayıb. Azərbaycanda 10 900 yanğın hadisəsi olub. Əksəriyyəti meşə və meşə massivi ərazisində qeydə alınıb. Yanğınlar zamanı 2318 biçilmiş taxıl zəmiləri yanıb”.

İlhamə Əbülfət

www.102info.az