Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlərin Füzuli və Şuşaya səfəri başlayıb – FOTO

Cəmiyyət

Azərbaycanda akkreditə olunmuş, Ankarada yerləşən qeyri-rezident səfirlərin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, səfər çərçivəsində Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər, qeyri-rezident hərbi atteşeliyin nümayəndələri, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları azad edilmiş ərazilərdəki erməni vandalizmi ilə yaxından tanış olacaqlar.

Səfər iki gün davam edəcək.

www.102info.az