Şabranda yanğınlar zamanı 3 ev və 10 təsərrüfata ziyan dəyib

Cəmiyyət

“Şabranda baş verən yanğınlar zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlar barədə keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

Onun sözlərinə görə, hazırda bu prosesdə hesablamalar aparılır:

“Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və dəymiş ziyan ödəniləcək. Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir