Laçında FHN-in doqquz texnikası və 46 nəfər şəxsi heyət üzvü fəaliyyət göstərir

Cəmiyyət

“Hazırda Laçın rayonunda davam edən yanğın hadisələrində 46 nəfər şəxsi heyət üzvü fəaliyyətdədir”.

Oxu.Az-ın məlumatına görə, bunu 2022-ci ildə Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlar barədə keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

Onun sözlərinə görə, 31 hektara yaxın meşə və digər ərazidə kol-kos yanıb:

“Hazırda ərazidə doqquz maşın və 46 nəfər şəxsi heyət üzvü fəaliyyətdədir”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov isə bildirib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos “Azersky” peyki vasitəsilə Laçın şəhərində yanğınlara dair monitorinq aparılır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir