Tovuzda gərginlik: Bələdiyyə nümayəndəsi möhürü atdı, işə polis qarışdı – FOTO+VİDEO

Cəmiyyət

Tovuz rayon sakinləri və bələdiyyə nümayəndəsi arasında gərginlik yaşanıb.

Belə ki, rayonun İbrahimhacılı kəndinin sakinləri iddia ediblər ki, öz vəsaitləri hesabına əkin yerlərini suvarmaq istəsələr də, kəndin su mənbələrini əhatə edən torpaqlar qanunsuz yollarla satılıb.

Kənd sakinlərinin etirazı nəticəsində bələdiyyə sədri Zeynalov Qələndəri əvəz edən Aynurə Tağıyeva möhürü kənd ərazisinə atıb. Nəticədə kənddə gərginlik yaşanıb və polis işə qarışıb. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi kəndə gəlib:

“İctimai asayiş təmin olunub. Möhür kənd ərazisində atılan yerdən götürülüb, Tovuz Rayon İcra Hakimiyyətinə təhvil verilib. Bələdiyyə nümayəndəsi olan xanım rayon İH-ə dəvət olunub.

Vətəndaşlarla profilaktik söhbətlər aparılaraq, onlara müvafiq orqanlara müraciət etmək tövsiyə olunub. Kənddə insident baş verməyib”.

Faktla bağlı araşdırmalar aparılır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir