Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan xəsarət alıb

Cəmiyyət

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, hadisə Hatay əyalətində qeydə alınıb. Dörtyol rayonunda, İskəndərun-Adana magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.

Yaralılar Dörtyol Dövlət Xəstəxanasına çatdırılıblar.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir