FHN-in təyyarəsi Lənkərana qəza eniş etdi

Cəmiyyət

Bu gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir