Bərdə rayonunda altı yaşlı uşaq ölüb.
Oxu.Az-ın məlumatına görə, 2016-cı il təvəllüdlü, Mollaəhmədli kənd sakini Allahverdi Səfərovun evdə halı pisləşib və nəticədə dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, 2016-cı il təvəllüdlü Bərdə rayonu Mollaəhmədli kənd sakini dünən saat 23:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olarkən ölmüş vəziyyətdə olub:
“Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
İlhamə Əbülfət
www.102info.az