Azərbaycana qanunsuz siqaret və bitki dərmanı gətirilməsinin qarşısı alınıb

Cəmiyyət

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” və “Mazımqara” gömrük postlarında “DAF”, “MAN” və “Mercedes-Benz” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunub.

Komitədən bildirilib ki, sorğu-sual zamanı sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını deyiblər.

Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 400 qutu müxtəlif markalı siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir