Qudyalçayın Quba rayonu Zərdabi kəndi ərazisindən keçən hissədə qum-çınqıl daşınır.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, çaydan qum-çınqıl daşınır:
“Üç ay bundan əvvəl şikayət edilmişdi, iş saxlanılmışdı. Amma yenidən ərzidən qum-çınqıl daşınır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Azərbaycan – Rusiya Federasiyası Dövlət sərhədində “Xanoba-Samur” sərhəd məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsinin həyata keçirilməsi ilə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nəzarəti altında, istismar bitdikdən sonra rekultivasiya işlərinin həyata keçirilməsi şərti ilə Quba rayonu Zərdabi kəndi ərazisində “Qudyalçay” qum-çınqıl yatağından inert materiallarının daşınmasına icazə verilib:
“Qudyalçayın Quba rayonu ərazisindən keçən ərazidə çayın içindəki torpaq daşınır”.
İlhamə Əbülfət
www.102info.az