Ucarda yol qəzasında piyada xəsarət alıb

Cəmiyyət

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.

Rayon sakini, 1990-cı il təvəllüdlü Fuad Bəkir oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə piyada, 1984-ci il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfovu vurub.

Zərərçəkən aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, V. Xələfovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love