Bakının Sahil qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət

Sabah saat 09:00-dan sentyabrın 2-si saat 20:00–a qədər Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin Məhərrəm Seyidov küçəsində (Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun girişindən çıxışına qədər olan hissəsində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

Qurum sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib, yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir