Baku TV-nin Ukraynadakı müxbiri: “Mənə sui-qəsd etmək istədilər” – VİDEO

Cəmiyyət

Ukraynada müharibəni işıqlandıran azərbaycanlı jurnalist, Baku TV-nin Şərqi Avropa bürosunun müxbiri Mübariz Aslanov “O kimdir?” verilişinin qonağı olub.

Jurnalist Ukraynada şahidi olduqlarından, müharibənin dəhşətlərindən, ukraynalı uşaqların aldığı travmalardan danışıb.

“Artıq ukraynalılar müharibəyə öyrəşir. Eləcə də səbirləri tükənir, müharibənin bitməsini istəyirlər. Gün keçdikcə nifrət də artır. Çünki onların ölkəsinə girən ordu hər gün uşaqları, qadınları öldürür, evləri dağıdır”, – deyə o qeyd edib.

M. Aslanov Ukraynada ona edilən sui-qəsd cəhdindən də bəhs edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir