Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Cəmiyyət

Oğuz rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “NİVA” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində ikincisi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə minik maşınında olan bir-neçə nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir