“Prius” 82 yaşlı kişinin həyatına son qoydu

Cəmiyyət

Bakıda 82 yaşlı kişini avtomobil vurub.

APA xəbər verir ki, hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Ruslan Baxışov idarə etdiyi “Toyata Prius” markalı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Əliqulu Mustafayevi vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az