Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə “28 May” küçəsində baş verib.
Belə ki, BMW markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Həmzə Yusubovu vurub.
Piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az