Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Həsrət Əliyev küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb.
İlkin məlumata görə, yanğın binanın 1-ci mərtəbəsində yaranıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb.


www.102info.az