Təhsil tələbə krediti almaq üçün bal həddi aşağı salınıb

Cəmiyyət

1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib.
“Report” xəbər verir ki, bununla bağlı qərar Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının iclasında qəbul edilib.
Bu günə qədər isə aşağı hədd 300 bal olub.
Qeyd edək ki, qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq. Sosial TTK almaq üçün heç bir bal limiti yoxdur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir