“200 baldan çox nəticə toplayanlar boş yerləri seçsələr, onlar qəbul olunacaqlar. Çünki yerlərin sayı bu nəticəni göstərənlərdən daha çoxdur”.
Bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaya açıqlamasında deyib.
O qeyd edib ki, müxtəlif qruplar üzrə 2400 boş yer qalıb.
M.Abbaszadə əlavə edib ki, 150-200 bal arası nəticə göstərən abituriyentlərin sayı daha çoxdur. Lakin onlar üçün təxminən 245 yer qalıb. Ona görə də onların şansları yüksək deyil.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az