Maksimal bal toplayan müəllim: “İmtahandan imtina etməyi özümə sığışdırmazdım”

Cəmiyyət

“Gələcək körpəmin ayağı düşərli oldu və imtahanlarda yüksək nəticə qazandım”.

Bunu “Report”a açıqlamasında müəllimlərin sertifikatlaşdırılması imtahanında maksimal bal (60 bal) toplayan Bakı şəhəri 322 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günay Salmanova deyib.

Onun sözlərinə görə, hazırlıq prosesində daha çox kurikuluma üstünlük verib:

“Azərbaycan dili və Riyaziyyat fənləri əsas ixtisasımız olduğundan hazırlığa ehtiyac yox idi. Lakin imtahanlara on gün qalmış kurikulum hazırlığına başladım. Çünki müəyyən dəyişikliklər var idi və bununla tanış olmalı idim”.

G.Salmanova bildirib ki, qısa müddətə hazırlaşsa da, bəzi qayğıları olub:

“Ana olmağa hazırlaşıram və səhhətimlə bağlı bir qədər problemlərim var. Yəni bu imtahana qatılmamaq hüququna malik idim. Məktəbimizin direktoru və digər müəllimlər də mənə imtahandan imtina etməyimlə bağlı tövsiyələr verdilər. Bir neçə ildir ki, övlad yolu gözlədiyimdən həyəcanlanıb hansısa problemlə qarşılaşacağımdan narahat idilər. Lakin imtahandan qaçmaq kimi olmasın deyə razılaşmadım. Həyəcanlanıb aşağı nəticə belə göstərəcəyimi bilsəm də, imtahandan imtina etməyi özümə sığışdırmazdım. İmtahana hazırlıq dönəmim qısa olsa da, çətin idi”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir