Evdən pul oğurlayan qadın dörd ay sonra saxlanıldı

Cəmiyyət

Abşeronda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 1-də rayon ərazisindəki evlərin birindən 5440 manat pul oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qafarova saxlanılıb.

www.102info.az