Ağstafada əkin sahəsindən meyit tapıldı

Cəmiyyət

Ağstafada əkin sahəsində meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlunun halı əkin sahəsində kartof yığan zaman pisləşib. O, əkin sahəsində ölüb.

Əkin sahəsində fəhlə işləyən İ.Bağırovun ürək tutmasından öldüyü bildirilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir