Buzovna qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub.
“Qafqazinfo” xəbər verir ki, avqustun 31-də Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi “Range Rover” avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Zaqulba yolunda hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu vurub.
Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.
www.102info.az