Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakinləri – 2006-cı il təvəllüdlü E.İsmaylov, 2005-ci il təvəllüdlü E.Vəliyev və 2005-ci il təvəllüdlü E. İsmayılov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az