Bakıda səkkiz yaşlı uşağı avtomobil vurdu

Cəmiyyət

Bakıda səkkiz yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

2014-cü il təvəllüdlü İsazadə Əyyub Şamo oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir