Bakıda avtomobil aşıb, yolda sıxlıq yaranıb.
“Report” xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Qəza yolda sıxlığın yaranmasına səbəb olub.
Faktla bağlı araşdırma aparılır.




www.102info.az