Bakıda yaşlı qadını avtomobil vurub

Cəmiyyət

Bakıda yaşlı qadını avtomobil vurub.

APA xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

1956-cı il təvəllüdlü Hidayət Cavanşirov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən, şəxsiyyəti məlum olmayan, təxminən 70 yaşlarında qadını vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az