Binəqədi rayonu, Novxanı qəsəbəsinin dəniz sahilinə tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov Oxu.Az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə təbii qrunt sularından ibarət axarda məişət tullantılarının qalaqlandığı və nəticədə suyun çirkləndiyi müəyyən edilib:
“Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən axar tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib”.
www.102info.az