Londonda “Leylanın skripkası” filminin təqdimat mərasimi olacaq – FOTO

Cəmiyyət

Sentyabrın 14-də London şəhərində “Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimat mərasimi keçiriləcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Yəhudi İcmasının və Azərbaycanın Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşdiriləcək tədbir İngiltərə paytaxtının tarixi məkanlarından biri olan “Regent Street Cinema”da baş tutacaq. Tədbir ekran əsərini səsləndirən Azərbaycan şairi Nigar Həsənzadənin moderatorluğu ilə aparılacaq.

Tədbir çərçivəsində Azərbaycanın əməkdar rəssamı Mehriban Əfəndinin əsərləri videoçarx formatında “Regent Street Cinema”nın foyesində nümayiş etdiriləcək.

Qeyd edək ki, film Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı Ella Leyanın rejissorluğu ilə çəkilib. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir. “Leylanın skripkası” Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün onun doğulduğu yerə – Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir.

Filmdə baş rolları tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup”un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva və gənc Hollivud aktrisası Sofiya Rossinski canlandırıblar.

Xatırladaq ki, “Leylanın skripkası” qısametrajlı bədii filmi Monako Film Festivalında “Mələk” (“Angel”) mükafatının qalibi olub. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir