“Son zamanlar yaşayış yerlərində və paytaxt ətrafındakı bağlarda vəhşi heyvanların olması ilə bağlı müraciətlərin sayı artıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bu, onunla bağlıdır ki, yaşayış obyektləri ilə əvvəllər mövcud olan meşə və çöllər artıq birləşib:
“Vəhşi heyvanlar həmin mühitdə yaşayır və bu ərazilərdə görülürlər. Bu, xoşagəlməz haldır. Çünki insanlara təhlükə yarada bilir. Bu məqsədlə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nəzdində komissiya yaradılıb. Yaşayış sahəsində vəhşi heyvana rast gələn vətəndaş nazirliyin 168 qaynar xəttinə müraciət edə bilərlər. Bu zaman lazımi tədbirlər görüləcək”.
İlhamə Əbülfət
www.102info.az