Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 18 ton yararsız qənnadı məmulatlarını məhv edib.
Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib.
N.A.N.T MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 18 440 kiloqram qənnadı məmulatları Təmiz Şəhər ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
www.102info.az