Cəlilabad rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 5-i saat 14:00 radələrində Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Musalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Əmənov Rabil Əlibala oğlu idarə etdiyi VAZ-21063 markalı avtomobil ilə hərəkətdə olarkən 2017-ci il təvəllüdlü Musalı kənd sakini Fərəcli Ceyhun Canəli oğlunu vurub. Nəticədə uşaq Bakı şəhəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həmin gün orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
www.102info.az