Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Bakı-Qazax avtomagistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlarında şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb.
Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 174 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin əynində ağ qısaqol köynək, göy rəngli cins şalvar və qara kəmər olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
www.102info.az