Bakıda 13 yaşlı oğlan itkin düşüb.
“Report” xəbər verir ki, hadisə sentyabrın 5-də paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Rəhmatulin Nihat Sənan oğlu yaşadığı evi xəbərsiz tərk edib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az