“Son bir ay ərzində Bakıdakı məktəbəqədər təhsil müəssisələrinə 5122 uşaq elektron sistemlə qəbul olunub”.
Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, idarənin tabeliyinə ümumilikdə 348 bağça keçib:
“Onlardan səkkizinin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir”.
O əlavə edib ki, bağçalarda ümumilikdə 41 087 uşaq təlim-tərbiyəyə cəlb olunub:
“Onlarla 4 299 nəfər tərbiyəçi və müəllim məşğul olur”.
İlhamə Əbülfət
www.102info.az