Bakıda işdən çıxarılan və cəzalandırılan direktorların sayı AÇIQLANDI

Cəmiyyət

“Ötən il Bakı məktəblərində 11 direktor işdən çıxarılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, 34 direktor intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib.

O bildirib ki, bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.

İdarə müdiri əlavə edib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir