“Uşaq bağçalarına kameralar quraşdırılacaq. Bu, həm davranış, həm də uşaqların sayına nəzarət baxımından çox vacibdir”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, bağçalarda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayacaq:
“Bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır. Bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, sistem qurmaq mümkün olsun”.
İlhamə Əbülfət
www.102info.az