Binəqədi rayonunda tikinti məqsədi ilə qazıntı işləri aparıldığı iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, rayonun 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yaşıllığa ziyan vurulub.
Vətəndaşlar iddia ediblər ki, qazıntı və ağacların kəsilməsi işləri gecə saatlarında görülüb:
“Artıq iki-üç heyva ağacı və başqa iri ağaclar kəsilib. Yerdə qalan iki çinar da bu gecə kəsilə bilər”.
Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sözügedən ünvanda “Azərişıq” ASC tərəfindən elektrik xətlərinin yenilənməsi məqsədilə qazıntı işləri həyata keçirilir.
www.102info.az