Bakı dəhşət: 66 yaşlı qardaşını qəbiristanlıqda qətlə yetirdi

Cəmiyyət

Bakıda 66 yaşlı kişi qəbiristanlıqda qətlə yetirilib.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir