Bir neçə gün bundan əvvəl Daşkəsən rayonunun Astaf kəndində 15 yaşlı qız özünü güllələyərək intihar edib.
APA TV hadisəni araşdırıb və intihardan bir neçə gün keçməsinə baxmayaraq, bəzi məqamlar ortaya çıxıb.
Günel Həsənovanın valideynləri iddia edirlər ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb. Valideynləri Günelin öldürüldüyünü düşünürlər.
Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir. Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub.
Hadisədən iki il əvvələ kimi mərhumun müəllimi olan İradə Zeynalova da valideynlərinin dediklərini təsdiqləyir. Güneli çox sakit, tərbiyəli və həyat dolu bir qız kimi xatırladığını bildirir.
Yaxınları deyir ki, Günelin ölümündən bir gün əvvəl atasına göndərdiyi səs heç də ölmək istəyəcək insanın səsinə oxşamır.
Qeyd edək ki, Günel Həsənova babası ilə Astaf kəndində yaşayıblar. Faktla bağlı Daşkəsən Rayonun Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən səs yazısı və daha ətraflı məlumat süjetdə:
www.102info.az