Qobustanda zəncirvari qəza: Xəsarət alanlar var

Cəmiyyət

Bakı-Qazax avomobil yolunda zəncirvari qəza olub.

APA xəbər verir ki, hadisə magistral yolun 61-ci kilometrliyində – Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı üç avtomobil toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Onlardan birinin xəsarəti yüngül olduğundan həmin şəxsə yerində müdaxilə edilib.

Digər yaralı 1963-cü il təvəllüdlü Xəzər Yunusovun vəziyyəti ağır olduğundan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir